"Qarabağ” klubların dünya reytinqində irəliləyib.

İqtisadiyyat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Ağdam klubu yer alıb.

Aktivində 149 xalla 62-ci sırada qərarlaşan təmsilçimiz ötən dəfə ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahıda birinci “Flanmenqo” (313), ikinci “Real” (308), üçüncü isə “Palmeyras” (263) klubu yer alıb.