Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək.

Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

19 iyul

20:00. “Qarabağ” – “Linkoln”

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu