"Qarabağ" bu yay ikinci transferini reallaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam klubu braziliyalı Vieyra Juninyonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu Braziliyanın "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub. Onun klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.

"Qarabağ" bu yay transferində son mövsümü "Zirə"də keçirmiş Hamidu Keytanı da heyətinə qatıb.