Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" bundan əvvəl "Ferentsvaroş"la (Macarıstan) heç-heçə edib (3:3), Polşa "Legiya"sına uduzub (0:2).

4 iyul

Yoldaşlıq oyunu

Qarabağ - ÇSKA (Bolqarıstan) 1:0

Qol: R.Cica,42