"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" (Sloveniya) ilə bərabərə qaması Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

İqtisadiyyat.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ölkəmizin xallarını 0,125 artırıb və 16, 875-ə çatdırıb. Azərbaycan 29-cu sırada qərarlaşıb.

28-ci pillədə 17,375 xalla Slovakiya yer alıb.