"Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 Ağdam təmsilçisinin Tirolda 3 yoldaşlıq oyunu nəzərdə tutulub.

"Atlılar" iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-i isə "Legiya" (Polşa) klubları ilə üz-üzə gələcək.

3-cü yoldaşlıq oyunundakı rəqib və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcək.