Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoldaşlıq oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, "atlılar" Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb. Görüş 3:3 hesablı heç-heçəylə başa çatıb. 

"Qarabağ" Avstriya toplanışında iyulun 1-də "Legiya" (Polşa), iyulun 4-də isə ÇSKA (Bolqarıstan) ilə qarşılaşacaq.

27 iyun

Yoldaşlıq oyunu

Qarabağ - Ferentsvaroş 3:3

Qollar: N.Axundzadə, 6, 39, L.Andrade, 58 - B.Varqa, 16, T.Kehinde, 42