Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ" "Azərsun Arena"da "Səbail" klubunu qəbul edib. Matç Ağdam təmsilçisinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" xallarının sayını 68-ə çatdıraraq liderliyini davam etdirir.