Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, son gündə bir görüş baş tutacaq.

Turun qapanış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olacaq.

Xatırladaq ki, daha öncə “Sumqayıt” – “Qəbələ” (0:0) və “Zirə” – “Səbail” (2:2) matçları heç-heçə yekunlaşıb. “Turan Tovuz” “Kəpəz”ə evdə (4:0), “Sabah” “Neftçi”yə səfərdə (1:0) qalib gəlib