Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Araz-Naxçıvan" klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Turun son matçı isə Masazırda keçiriləcək. "Sabah" "Neftçi" klubunu qonaq edəcək. Matç saat 20:00-da başlayacaq.