"Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

İqtisadiyyat .az xəbər verir ki, artıq kabo-verdeli yarımmüdafiəçinin adı qitə futbol qurumunun rəsmi saytında, Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Andrade ötən il Ağdam təmsilçisindən ayrılaraq Serbiya “Partizan”ına yollanmışdı. 30 yaşlı oyunçu sözügedən klubu durumundan narazı olduğu üçün tərk edib.

“Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.