Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın 69 liqasında rəqiblərinə qarşı ən çox üstünlük əldə edən klubların adlarını açıqlayıb.

İqtisadiyyat.az saytı xəbər verir ki, siyahıya Azərbaycan klublarından “Qarabağ” düşüb.

Ağdam təmsilçisi ölkə çempionatının ilk 6 turunda 1,88 reytinq xalı toplayıb. Azərbaycan çempionu zərbə, rəqibin qapıçı meydanı həndəvərindən zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələrə əsasən dünyanın ən yaxşı 39-cu göstəricisinə malik klubdur.

Siyahıya Bolqarıstan “Levski”si başçılıq edir. Adıçəkilən komandanın reytinqi 3,31-dir