"Qarabağ” - “Braqa” oyununun biletləri satışa çıxarılır.

İqtisadiyyat.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununun biletləri saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.