İlin əvvəlindən bəri dünyada qara qəhvənin qiyməti 50% artıb.

İqtisadiyyat.az "UNİANA"a istinadən xəbər verir ki, dünya birjalarında qəhvənin qiyməti bir ton üçün 2800 dollara qədər artıb.

Bu artım dünyada qəhvə dənələrinin yetişdirilməsi, yığılması və istehlakçılara çatdırılması proseslərinə təsir edən müxtəlif iqtisadi və təbii amillər fonunda baş verir. 

Qəhvə qiymətlərinin artmasının əsas səbəbi qəhvə yetişdirilən əsas regionlarda: Braziliya və Kolumbiyada isti və quraqlığın yaratdığı əlverişsiz hava şəraitidir. Eyni zamanda, qlobal gübrə qiymətlərinin artması vəziyyəti daha da pisləşdirib. Bu içki növünün bahalaşmasında yüksək qlobal ərzaq inflyasiyası da rol oynayır.

Mütəxəssislər bu amillərin qarşıdakı illərdə də davam edəcəyini proqnozlaşdırırlar.