İsrailin müdafiə naziri Yoav Qallant Vaşinqtona uçub, burada amerikalı həmkarı Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlərdə Livanla sərhəddəki vəziyyəti, Qəzza zolağındakı münaqişəni, o cümlədən "üçüncü münaqişəni" müzakirə etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Mən ABŞ-nin müdafiə naziri Lloyd Ostinin dəvəti ilə ABŞ-yə səfər edəcəyəm, bu görüşlər zamanı mən müdafiə naziri, dövlət katibi və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyəm. Qəzza, Livan və digər ərazilərdə yaşana biləcək hər hansı ssenariyə hazırıq", - deyə Qallant bildirib.

İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Qəzza zolağında üçüncü fazaya keçid (aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonrakı mərhələ - red.) böyük əhəmiyyət kəsb edir: "Mən ABŞ rəsmiləri ilə bu keçidi müzakirə edəcəyəm. Bilirəm ki, biz bu məsələdə də ABŞ ilə sıx əməkdaşlığa nail olacağıq".