Türkiyə UEFA reytinqində bir pillə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, dünən Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə "Olimpiya"nı (Sloveniya) məğlub edən "Qalatasaray" ölkənin aktivinə 0,500 xal yazdırıb.

Türkiyə bununla da xallarının sayını 28 min 600-ə çatdırıb və İsveçrəni geridə qoyaraq 11-ci sıraya yüksəlib.