İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi"nin ulduzu Pulişiç,Italiya  A Seriyası nəhənginin yolunu tutaraq yeni bir başlanğıc etmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, amerikalı oyunçunun "Milan"da yeni idman direktorunun ilk seçim oyunçularından biri olduğu və oyunçunun A Seriyasına keçmək fikrinə müsbət yanaşdığı bildirilir.

Pulişiçin 2019-cu ildə imzaladığı "Çelsi" ilə müqaviləsinin bitməsinə 1 il qalıb.

"Çelsi"də oynadığı müddətdə Pulişiç ardıcıl zədələrlə mübarizə apardığı üçün komandanın menecerlərinin etimadını qazanmaqda çətinlik çəkib..