"Qalatasaray"da çempionluq sevincindən sonra transfer həyəcanı da ön plana çıxıb. "Sarı-qırmızılılar"ın mövsümə başlamasına az qalmış xüsusilə hücumçu mövqeyində problem var.

İqtisadiyyat.az xəbər verir ki, hələlik "Qalatasaray"da hücumçu qalmayıb. Bu, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi öncəsi  narahatlıq doğurur.

"Cimbom"un gündəmində son dərəcə əhəmiyyətli futbolçular var. Okan Burukun mərkəz hücumçusunda oynaya biləcəyi Zaniolo və Barış Alper Yılmazdan başqa heçkim yoxdur.

 Zaniolo Avropa klublarından təkliflər alarkən, Barış Alper Yılmazın hücumçu keyfiyyətləri də baş məşqçini qane etmir.

Aubameyanq: Okan Buruk tərəfindən təsdiqlənən Qabonlu ulduzla danışıqlar müsbət davam edir. "Çelsi"nin bu futbolçunu buraxacağı gözlənilir.

Dembele: Bu transferdə son mərhələyə girilib. "Lion"dan ayrılan fransalı hücumçu ona təqdim olunan təklifi bəyənib. Tam maaş və imza pulu təklif edildiyi məlum olub 

Zapata: 32 yaşlı hücumçunun transferi alternativlər arasındadır. Bu tansferdə "Atalanta"nın da münasibəti həlledici olacaq. Prioritet olmasa da, namizədlər arasında yer alıb.