"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yol qəzası keçirib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ölkənin Giresun bölgəsinin Görele rayonunda baş verib.

Rizəyə gedən futbolçunun  istifadə etdiyi avtomobil liman qovşağında başqa avtomobillə toqquşub.

Qəzadan xəsarət almadan sağ çıxan Yılmaz nəzarət üçün xəstəxanaya aparılıb.