Bu gün "Qarabağ"la xeyriyyə oyunu keçirəcək "Qalatasaray" artıq Bakıya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Bu haqda Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Hava limanında komandanı Bakıdakı azarkeşləri qarşılayıblar. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.