İtaliya nəhəngi "Yuventus" heyətinə qatmaq istədiyi 23 yaşlı futbolçu üçün "Qalatasaray"la masa arxasına əyləşib.

Son illər A seriyasında çempionluqdan uzaq qalan "Yuventus" növbəti mövsüm üçün iddialı komanda qurmaq üçün işlərə başlayıb.

Massimiliano Alleqrinin rəhbərlik etdiyi "Yuventus"un "Qalatasaray"da çıxış edən italyan futbolçu Nikolo Zaniolo ilə maraqlandığı və ulduz futbolçunun transfer vəziyyətini dəyərləndirmək üçün iki klubun bir müddət əvvəl bir araya gəldiyi bildirilib.

İqtisadiyyat.az İtaliya mətbuatı "Tuttomercato"ya istinadən xəbər verir ki, "Qalatasaray" rəhbərliyinin bu görüşdə heç bir mübadilə təklifində maraqlı olmadıqlarını açıq şəkildə ifadə edib.

Zaniolo isə karyerasını ara transfer zamanı gəldiyi Türkiyədə davam etdirməkdən çox xoşbəxt olduğunu və "Qalatasaray"da qala biləcəyini bildirib.

"Sarı-qırmızılı" komandanın Super Liqada son matçı olan Fənərbaxça derbisinə iki qolla oyuna damğa vuran və azarkeşlərin sevimlisinə çevrilən Zaniolo Super Liqada 10 matçda 358 dəqiqə meydanda olarkən, bu oyunlarda 5 qol vurmağı bacarı Müqaviləsində 35 milyon avroluq sərbəst qalma müddəasının olduğu iddia edilən 23 yaşlı ulduzla "Milan" da yaxından maraqlanır.