"Yuventus"un müdafiəçisi Aleks Sandro karyerasını "Qalatasaray"da davam etdirə bilər.
İqtisadiyyat.az xəbər verir ki, braziliyalı futbolçunun İtaliya klubu ilə 2024-cü ilə qədər müqaviləsi olsa da, azad agent kimi ayrılması gündəmdədir. Turin təmsilçisi hazırda 32 yaşlı oyunçu ilə sözləşməsinə xitam vermək üçün danışıqlar aparır. Ardınca Sandro "Qalatasaray"a qoşula biləcək.
"Qalatasaray" "Yuventus"dan 4 futbolçusunun - Aleks Sandro, Deniz Zakaria, Arthur Melo və Weston McKennie`nin mümkün gedişi ilə bağlı məlumat istəyib.