"Qalatasaray" bu gün Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-la sponsorluq müqaviləsi imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbek tədbir zamanı əməkdaşlıqla bağlı bunları deyib:

"SOCAR-la əməkdaşlıq mövzusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Recep Tayyip Erdoğana bu müddəti yaxından izlədikləri üçün təşəkkür etmək istəyirəm. Əməkdaşlığımız Türkiyə idmanına xeyirli olsun.

SOCAR-la razılıq hələ başlanğıcdır. Biz Azərbaycan və SOCAR ilə əməkdaşlığımızı müddətli görmürük".

SOCAR ilə klub arasında 3 illik müqavilə imzaladı.