Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-qırmızılı" klub konqolu hücumçu Sedrik Bakambunu heyətinə qatıb. Bu haqda insayder Nikolo Skira məlumat yayıb.

32 yaşlı hücumçu ilə 2025-ci ilə qədər müqavilə imzalanacaq. 

Qeyd edək ki, Bakambu "Qalatasaray"a azad agent kimi transfer olub.