Super Liqada 2022/2023 mövsümünün çempionu olan "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, "sarı-qırmızılı" komanda sol cinah mövqeyini gücləndirmək üçün axtarışlarını sürətləndirib.

"Qalatasaray" son olaraq Portuqaliya klubu "Porto"nun 29 yaşlı son cinah müdafiəçisi Vendellə maraqlanır.

29 yaşlı braziliyalı oyunçunun Portuqaliya klubu ilə 2025-ci ilə qədər müqaviləsi var. Bu mövsüm "Porto"da 24 oyun keçirən Vendell 1 qol və 2 məhsuldar ötürmə ilə uğur göstərib.

 2021-ci ildə "Porto"ya gələn Vendell indiyədək ümumilikdə 68 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

 Təcrübəli futbolçu daha əvvəl "BayerLeverkuzen" və "Qremio"da çıxış edib. Braziliyalı sol cinah müdafiəçisinin bazar dəyəri 5 milyon avrodur.