"Qalatasaray" Mauro İkardi ilə yanaşı, Leandro Paredesi də heyətinə qatmaq istəyir. Çempionlar Liqasında qruplarda qalmağı hədəfləyən "sarı-qırmızılılar" İkardinin həmyerlisi Paredes üçün PSJ ilə anlaşıb.

 İqtisadiyyat.az "L'equipe"ə istinadən xəbər verir ki, PSJ "Qalatasaray"ın Leandro Paredes üçün 6 milyon avroluq təklifini qəbul edib. Argentinalı ulduza 3 illik müqavilə təklif edən aslan futbolçunun cavabını gözləyir.

 29 yaşlı futbolçu digər təklifləri də nəzərdən keçirdikdən sonra qərarını verəcək.