"Qalatasaray" üçün Kolumbiyadan transfer iddiası gəlib.

 İqtisadiyyat.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Atalanta"da çıxış edən Luis Murieli gündəminə salıb və hücumçu üçün İtaliya komandasına təklif edəcək.

 Xəbərdə "Qalatasaray"ın 32 yaşlı hücumçu üçün 2 milyon avroluq transfer təklif edəcəyi də paylaşılıb.

 Luis Murielin adı "Fənərbağça" ilə də hallanırdı.

 Ötən mövsüm “Atalanta”nın heyətində 31 oyun keçirən Luis Muriel 3 qol vurub, 4 məhsuldar ötürmə edib.