Transfer çalışmalarını davam etdirən "Qalatasaray"ın PSJ ilə yollarını ayıran məşhur müdafiəçi Serxio Ramosla görüşdüyü iddia edilib.

İqtisadiyyat.az Fransa mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı təcrübəli müdafiəçinin Çempionlar Liqası ehtimalı səbəbindən "sarı-qırmızılı" kluba tranfer olmağa müsbət yanaşdığı və danışıqların sürətləndiyi bildirilib.

Xəbərdə futbolçunun bu səbəbdən ABŞ-dan gələn təklifləri təxirə saldığı vurğulanıb.

"Real Madrid"dən sonra PSJ formasını geyinən ispan müdafiəçi ümumilikdə 180 dəfə millinin formasını geyinib.