"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi "Bayer"dən Kerem Demirbayı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk əsilli alman yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

Kerem ötən mövsüm "Bayer"lə 36 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.