"Sarı-qırmızılılar"ın "Beşiktaş"ın sabiq futbolçusu üçün "Əl Nəsr"ə təklif göndərdiyi bildirilir.

İqtisadiyyat.az "A Spor"a istinadən xəbər verir ki, Anderson Taliskanı icarəyə götürmək üçün "Əl Nəsr"ə təklif göndərib. "Qalatasaray" klubla müqaviləsi 2026-cı ildə başa çatacaq braziliyalını icarəyə götürmək variantı ilə gələn mövsüm heyətinə qatmaq istəyir.

Bu mövsüm "Əl Nəsr"in heyətində ümumilikdə 27 oyun keçirən Anderson Taliska 21 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib. Səudiyyə Ərəbistanında yaxşı çıxış edən Taliska Kriştiano Ronaldonun komandaya gəlişindən ən çox məmnun olanlardan biri olub. Portuqaliyalı ulduzla yaxın dostluq münasibətləri quran braziliyalı, icarə əsasında "Qalatasaray"a keçəcəyi təqdirdə Kriştiano Ronaldonu tərk etməli olacaq.