Qış transfer dövründə Nicolo Zaniolo, Kaan Ayhan və Sam Adekuqbe kimi futbolçularla heyətini gücləndirən "Qalatarasay" yeni mövsüm üçün planlar qurmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray" adı Avropa klubları ilə hallanan 5 futbolçusunu ümumilikdə 100 milyon avro qiymətləndirib.  Avropa komandalarının Nicolo Zaniolo, Victor Nelsson və Saşa Boey kimi bir çox ada can atdığı bildirilsə də, rəhbərliyin mövsümün sonunda Lukas Torreira və Kerem Aktürkoğlunun bu futbolçularla birlikdə təkliflərini dəyərləndirəcəyi iddia edilir.