PSJ-nin qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə iyulun 20-dən 21-nə keçən gecə futbolçu və həyat yoldaşı evdə olan zaman baş verib. Quldurlar hər iki şəxsin əlini bağlayıb və evi qarət edib.

Donnarumma daha sonra yoldaşı ilə birlikdə yaxınlıqdakı otelə sığınıblar. Bundan sonra otel işçiləri polisə məlumat yayıb.

Qarətçilər Donnarummanın evindən təxminən 500 min avro dəyərində əşya oğurlayıb. Onlar axtarışdadır.