PSJ-nin qapıçısı Serxio Riko çempionluq gecəsi atından pis yıxılaraq kəllə-beyin travması almış və xəstəxanaya aparılmışdı.

İqtisadiyyat.az xəbər verir ki, Mayın 28-dən xəstəxanada olan Serxio Riko komadan çıxıb. PSJ-nin qapıçısının həyat yoldaşı Rikonun Sevilyadakı Virgen del Rosio xəstəxanasında özünə gəldiyini bildirib.

 İspaniyanın "Telecinco" kanalına danışan Alba Silva "Nəhayət hər şey yaxşılığa doğru gedir. Addım-addım irəliləyirik.  bu vəziyyətdən çıxacağını əvvəldən bilirdim, çünki o bir çempiondur" deyib.