PSJ daha bir itki ilə üzləşib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Renato Sançes zədələnib.

Əzələsindən zədə alan portuqaliyalı futbolçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm PSJ-də 22 oyuna çıxıb, 2 qol vurub.

Xatırladaq ki, PSJ-də ötən gün müdafiəçi Nordi Mukiele də əməliyyat olunub. O, bu mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək.