PSJ Liqa 1-də səfərdə "Brest"i Kilyan Mbappenin 89-cu dəqiqədə vurduğu qolla 3-2 hesabı ilə məğlub etdi və fransalı ulduzun qol sevinci matçın sonlarına damğasını vurdu. Son dəqiqələrdə komandasının qazandığı penaltini qapıçıya yönəldən, lakin sıçrayan topu tamamlayaraq qələbə qolunu vuran ulduz futbolçu qoldan sonra "Brest" tribunalarına gedərək əli ilə "sus" işarəsi etdi.

İqtisadiyyat.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike matçdan sonra jurnalistlərə müsahibəsində bu məsələyə də toxunub.

“Belə şeyləri sevmirəm və düşünürəm ki, bu, bizə pis enerji kimi qayıdır. Bu andan həzz almağa çalışmaq daha yaxşıdır. Hər birimiz pozitiv olmalıyıq. Mbappe ilə tribunalar arasında nə baş verdiyini bilmirəm".

Digər tərəfdən Mbappe matçdan sonra sosial şəbəkədə onu tənqid edənlərə cavab verib və davranışına görə üzr istəməkdən imtina edib.

Bu mövsüm liqada ilk dəfə ardıcıl 3 qələbə qazanan PSJ Françesko Fariolinin baş məşqçisi olduğu lider "Nitsa"dan 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Yayda heyətdən kənarda qalmasına baxmayaraq, komandaya qayıdan və hazırda Fransa komandasının ən vacib futbolçusu olan Mbappe, indiyə qədər liqada 9 matç keçirib, bu matçlarda 10 qol vurub və komandasını zirvə uğrunda mübarizədə saxlamağı bacarıb.