PSJ-nin 4 futbolçusu cəzalanıb.

"Operativ Media" xəbər verir ki, Osman Dembele, Layvin Kurzava, Randal Kolo-Muani və Əşrəf Hakimi Liqa 1-də ötən ay "Marsel"lə oyundan sonra rəqib komandaya təhqiredici şüarlar səsləndirdiyi üçün 4 matçlıq diskvalifikasiya olunublar.

PSJ "Marsel"i 4:0 hesabıyla məğlub edib. Matçdan sonra futbolçuların rəqib komandanı təhqir etməsi ilə bağlı video yayılıb