Fransanın PSJ klubu baş məşqçisi Kristofer Qaltye ilə yollarını ayırıb.

İqtisadiyyat.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, fransalı baş məşqçi ötən ilin yayında klubla iki illik sözləşmə imzalamışdı