Neymarın ardından dünən "Marsel" ilə matçda PSJ-nin daha bir futbolçusu zədələnib.

İqtisadiyyat.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Kimpembe dünənki matçda əzələ yırtılması nəticəsində mövsüm sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq. Klubun baş məşqçisi Kristof Qaltye mətbuata açıqlamasında bu barədə danışıb.

“Təəssüf ki, o, ciddi zədəlidir və mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacaq. Onun vətərində dözülməz ağrı var. Biz bunun ciddi olduğuna inanırıq”.