Azərbaycan Premyer Liqasında yeni mövsümdə 10 komanda iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Çempionatı sonuncu bitirən "Şamaxı" yeni mövsümdə I Divizionda çıxış edəcək. Aşağı liqanın qalibi "Araz Naxçıvan" isə elitada mübarizə aparacaq.

Daha əvvəl İK-nin üzvü Elmar Məmmədyarov mediaya açıqlamasında komanda sayının 12 olacağını söyləyib.