Azərbaycan Premyer Liqasında son beş ildə 20 yaşadək futbolçulara ən çox şans verən klublar bəlli olub.

İqtisadiyyat.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzi - CIES-ə istinadən xəbər verir ki, gənclərə ən çox “Sabah” və “Neftçi” güvəniblər. Hər iki klubu 11 gənc oyunçuya şans verib. “Neftçi”də bu kateqoriyaya aid futbolçular 139, “Sabah”da 131 matçda iştirak ediblər.

Növbəti sıralarda “Sumqayıt” (9 futbolçu, 139 oyun), “Şamaxı” (9, 139), “Qəbələ” (7, 139), “Qarabağ” (6, 139), “Zirə” (4, 139) və “Səbail” (3, 139) yer alıblar.