"Sərhədlərin zorla dəyişdirilməsini təsdiq edəcək heç bir razılaşmanı qəbul edə bilmərik. İstənilən sülh danışıqları Ukrayna rəsmilərinin razılığı ilə aparılmalıdır".

Bunu Polşa prezidenti Anjey Duda deyib.

Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının açılışında çıxış edən Duda Rusiyanın Ukraynaya “qəddarcasına” hücum etdiyini bildirib:

"Təəssüflər olsun ki, ATƏT-ə üzv ölkələrdən biri olan Rusiya bütün qaydaları vəhşicəsinə pozdu. Heç bir şübhə yoxdur ki, Rusiya siyasətindən güzəştə gedə bilməyən cinayətkar bir dövlətdir.”