Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 21-də Renn şəhərində keçiriləcək Renn (Fransa) – “Makkabi” (Hayfa, İsrail) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.