Azərbaycan Premyer Liqasının növbəti mövsüm üçün sponsoru hələ məlum deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, çempionatın adı ilə bağlı iki şirkətlə danışıqların davam etdiyini bildirib.