Əvəzedicilər Liqasında 02.10.2023-cü il tarixində keçirilməli olan 8-ci turun “Kəpəz-2” – “Qəbələ-2” oyununun vaxtı dəyişdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu qarşılaşma “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasında görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə 30.09.2023-cü il tarixdə baş tutacaq.

Qərar “Qəbələ” klubunun müraciəti, “Kəpəz” klubunun razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub