"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya 11 nəfərin namizədliyi qeydə alınıb.

İqtisadiyyat.az İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış şəxslərin və təmsil etdikləri birliklərin siyahısını təqdim edir;

  1. Səbuhi Abdullayev - "Elm" Gəncləri sosial intelektual inkişafına dəstək İctimai Birliyinin təmsilçisi
  2. Mətanət Məhərrəmova - "Qızıl Aypara Cəmiyyəti" İctimai Birliyinin təmsilçisi
  3. Elçin Salmanov - "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin təmsilçisi
  4. Sevinc Qurbanova - "Denever II Uşaq İnkişafına Dəstək Assosiyası" İctimai Birliyinin təmsilçisi
  5. Aynur Məmmədova - "Gənclərin Hüquqi Marifləndirməsi" İctimai Birliyinin təmsilçisi
  6. Kəmalə Aşumova - "Ümüdli Gələcək"  Gənclər  İctimai Birliyinin təmsilçisi
  7. Nuriyyə Abbasova  - "Üfüq" xeyriyyə İctimai Birliyinin təmsilçisi
  8. Turan Sadıqov - "Duyğu SosiaL" İctimai birliyinin təmsilçisi
  9. Aydın Xəlilov - "Müstəqil Həyat tərzi" əlillərə dəstək İctimai Birliyinin təmsilçisi
  10. Rafiq İsmayılov - "Vətəndaş Cəmiyyəti Uğrunda" İctimai Birliyinin təmsilçisi
  11. Əsmər İsmayılova - "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin təmsilçisi.

İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə 1 iyul 2024-cü il tarixində saat 10:00-dan-16:00-dək Peşə Təhsil Mərkəzinin inzibati binasında (ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1) səsvermə yolu ilə seçiləcək.

Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri 28 iyun 2024-cü il saat 17:00-dək Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına təqdim etməlidirlər:

- səsvermədə iştirak edəcək təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;

- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

- səsvermədə iştirak edəcək təmsilçinin əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon nömrəsi)

Məlumatlar 1 iyul 2024-cü il tarixinədək (iş günləri saat 09:00-dan 17:00-dək) Peşə Təhsil Mərkəzinə şəxsən və ya Mərkəzin rəsmi email ünvanına (info@ezda.edu.az) təqdim edilə bilər.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək Peşə Təhsil Mərkəzinə şəxsən və ya info@ezda.edu.az elektron poçt vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.