İspaniyalı baş məşqçi Qvardiola “Mançester Siti”dəki uğurlarından sonra ingilislərin sevimlisinə çevrilib.

İqtisadiyyat.az  "Daily Maily"ə istinadən xəbər verir ki, müqaviləsi 2024-cü ilin sonunda başa çatacaq Sautqeyt növbəti  turnirdən sonra istefa edə bilər.

Bu səbəbdən Britaniya rəsmiləri artıq yeni məşqçi axtarışlarına başlayıb və çox yaxşı tanıdıqları baş məşqçini siyahının ilk sıralarına yerləşdiriblər.

53 yaşlı menecerin DÇ-2026-da İngiltərə millisinə rəhbərlik etməsi hələlik qeyri-mümkün görünmür və bəzi dairələr Qvardiolanın "Mançester Siti"dən ayrıldıqdan sonra İngiltərəni çalışdıracağına əmindir.

Xəbərə görə, Qvardiola İngiltərənin menecer olaraq istədiyi məşqçilərdən biridir, lakin onun "Siti" ilə müqaviləsinin 2025-ci ilə qədər davam etdirilməsi bu nöqtədə ən böyük maneədir.

İngiltərə sentyabrın 9-da Avro-2024-ün seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq və gələn həftə Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək.