"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqası matçı üçün heyətə daxil edilməyib.

İqtisadiyyat.az xəbər verir ki, “Mançester Siti” Çempionlar Liqasında “RB Leypsiq”lə qarşılaşacaq. 1/8 final mərhələsində  kritik oyun öncəsi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola heyətlə bağlı qərar verib.

İspan məşqçi  komandanın ulduzları Kevin De Bruyne və Aymerik Laportu heyətə daxil etməyib.

 Qvardiola futbolçusunun xəstəliyi səbəbindən heyətdə olmadığını bildirib.