"Bu il məncə iki "Ballon Dor" mükafatı verilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında"Mançester Siti "nin baş məşqçisi Pep Qvardiola deyib. O, Lionel Messi və Erlinq Holannın "Ballon Dor" mükafatını qazanmalı olduğunu bildirib.

"Əgər Messi "Qızıl top"u qazansa, bu, Dünya Kuboku səbəbiylə ədalətli qələbə olacaq. Holann qalib gəlsə, keçirdiyi möhtəşəm mövsümə görə ədalətli olacaq. Düşünürəm ki, bu il iki mükafat verməlidirlər, çünki onlar hər ikisi bu mükafatı qazanmağa layiqdir”.