"Ukraynalı pilotlar və texniki mütəxəssislərdən ibarət bir qrup yaxın vaxtlarda F-16 qırıcıları ilə bağlı təlim keçmək üçün ABŞ-yə gələcək. Hazırda onların Danimarkada təlimləri başlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Mən bildiyimə görə, ukraynalıların Danimarkada təlimi artıq başlayıb. ABŞ-də təlim keçməyə gəlincə, biz ukraynalı pilotların və texniki xidmət mütəxəssislərinin tezliklə ölkəmizə gələcəyini gözləyirik", - o qeyd edib.

Rayderin sözlərinə görə, əvvəlcə ingilis dili kursları keçiriləcək, daha sonra uçuş təlimləri veriləcək.