Bakı havasında qəribə qoxu hiss edilir.

İqtisadiyyat.az xəbər verir ki, qoxu səhər saatlarından hiss edilməyə başlayıb.

Sosial şəbəkə istifadəçiləri bildirir ki, qoxu paytaxtın Həzi Aslanov, Əhmədli ərazilərində daha çox hiss edilir.

***

Nazirliyin sözcüsü İradə İbrahimova bu barədə açıqlama verib:

"Bakıda yayılan kəskin qoxunun səbəbi ilə bağlı gün ərzində məlumat verəcəyik".